"Qarabağ ermənilərini əsla və əsla sevmirlər" - SİYASİ ŞƏRHÇİ DANIŞDI
"Ümumiyyətlə, Ermənistanın yerli erməniləri özəlliklə də, Azərbaycanla müharibə istəməyən böyük çoxluq Qarabağ ermənilərini sevmir. Bu da səbəbsiz deyil. Ona görə ki, Ermənistanda ağlı başında olan hər kəs başa düşür ki, ölkələrinin bərbad gündə olması, insanların fəlakət halında yaşamasının səbəbkarı Qarabağ erməniləridir. Ümumiyyətlə, Dağlıq Qarabağ adlı problemdir. Azərbaycan indi o problemi kökündən həll edib. Artıq kiçik bir kəsim ermənilər var, onların da problemləri həll olunacaq". Bunları SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Ermənistan əhalisi anlayır ki, Qarabağ erməniləri hansısa iddialarla çıxış etməyə davam etdikcə problemlər tükənən deyil, deyən Azər Həsrət: "Yəni Ermənistan normal inkişaf yoluna qədəm qoya bilməyəcək. Istənilən erməni azacıq düşünəndə sağa-sola baxır və görür ki, nicat yolu Azərbaycan və Türkiyə ilə normal dost münasibətlərinin qurulmasından keçir. Yəni belə olan şəraitdə, əlbəttə ki, onlar Qarabağ ermənilərinin həm özlərinə, həm də ümumilikdə Ermənistana problem yaratdığının fərqindədidirlər. Ona görə də, normal, ağlı başında olan ermənilər, Qarabağ ermənilərini əsla və əsla sevmirlər. Üstəlikdə, Paşinyana qədərki dövrdə Ermənistana rəhbərlik etmiş Sarkisyan, ondan öncə, Köçəryan Qarabağ erməniləridir. Həmin ermənilər tayfa hakimiyyəti qurmuşdular. O tayfa hakimiyyəti də Ermənistan ermənilərinə ziyandan başqa heçnə gətirməyib. Onları bədbəxtliyə sürükləyib. Təbiidir ki, belə olan şəraitdə ermənilərin onları sevməsi mümkün deyil. Yəni səbəb budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB