"Bunların abrı, həyası, vicdanı olsa..." - DEPUTATDAN SƏRT REAKSİYA

“Gördüyüm budur ki, burada 5 illik məsələ nəzərdə tutulub. Bunun 1 ili artıq qurtarmaq üzrədir. Mən düşünürəm ki, bu uzadılmamalıdır və uzadılmayacaq. Çünki, biz öz ərazimizdə onilliklər boyu rus əsgəri saxlayıb, sonra ermənilərin nazı ilə oynaya bilmərik. Yəni bu mümkün deyil, mümkün olmamalıdır. Biz bunu həm tələb, həm də bir partiya kimi qoyacağıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, digər bir tərəfdən isə ermənilər tarix boyu belə olublar: “Bunlar nakişiliyi, alçaqlığı, satqınlığı üzərlərinə götürmüş bir millət kimi formalaşıblar. Məsələn, biz gedib kiminsə qoynuna sığınmırıq. Yəni bu necə bir dövlətdir ki, başqa bir dövləti gətirir ki, "mənim sərhədimi qoru". Bu necə bir dövlətdir ki, hər bir şeyini başqa dövlətə satır. Bu necə dövlətdir ki, özü özünü qoruya bilmir, gətirir başqa dövlətləri ki, "mənim yerimə Azərbaycanla savaş". Yəni ki, bunların abrı, həyası, vicdanı olsa, bunlar bir insan olsalar düşünsələr ki, “mən necə xalqam, necə dövlətəm”. Sən dövlət deyilsən axı. Bunlar da bu şəkildə bunlar bir katalizatordur, əski parçasıdır. Bunlar istifadə olunmaq üçündür və bu gün bu regionda erməniləri hansısa maraqlar üçün istifadə etmək lazımdır. Yəni bunlar həmişə istifadə olunublar. Bunlar axı dövlət deyil. Əgər, onların arxasından Rusiya və digər dövlətlər çəkilsə bunların bir xalq, dövlət, millət kimi yaşamaq hüququ itəcək. Bunlar özlərini idarə edə bilməzlər və bunlar məhv olacaqlar. Biz axı bunu istəmirik. Biz müstəqil olmaq istəyirik. Biz başımızı əymək istəmirik. Biz alçaqlığı boynumuza götürmək istəmirik. Biz başqasının qapazı altında olmaq istəmirik. Biz onu etməyəcəyik. Amma onlar edir. Onlar özünə sığışdırır. Amma Azərbaycan əsgəri özünə sığışdırmayacaq. Onun xalqı özünə sığışdırır. Onun üçün belə görünür ki, biri gəlib sənə yaltaqlıq edib, sənin ayağını yuyanda sən də çıxardıb ya buna konfet, ya yemək verəcəksən, bir xoş deyəcəksən ki yenə gəlib ayağımı yusun”.

Deputat sözlərinə belə davam edib: “Mənə belə gəlir ki, bütün bunlar Ermənistanın istəyi ilədir. Bunlar istəyirlər ki, bütün yollarla Azərbaycana ziyan vursunlar. Azərbaycanı daim təzyiq altında saxlasınlar, Azərbaycanı zəiflətsinlər, daha çox azərbaycanlı ölsün, ac qalsın, iqtisadiyyatı məhv olsun, bunların başı müharibəyə qarışsın. Ermənilər bundan zövq alırlar. Bizə belə şeylər maraqlı deyil. Biz bacarmırıq. Onlar isə belə yaranıblar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə