"Ermənistan məsuliyyətsizlik göstərir" - POLİTOLOQ FAKTLARDAN DANIŞDI

"İndiyə qədər sadəlövlüklə düşünürdük ki, sərhəddəki lokal toqquşmalar Ermənistan cəmiyyətindəki "Qarabağ klanı"nın xətalarıdır”. Bunu SİA açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, indiyədək "Qarabağ klanı"nın möhkəm mövqelərə malik olduğunu əsas gətirərək onların bu işdə əli ola biləcəyi ehtimalını irəli sürürdük: “İndi isə görürük ki, yeri möhəmləndikdən sonra Paşinyan nəinki "Qarabağ klanı"nın dediklərini, onların dediklərindən artıq şahin olmağa başlayıb. Azərbaycana qarşı çox ciddi təxribatların ideya müəllifi kimi çıxış edir.

Baş verən təxribatlar haqqında obyektiv məlumatı nə Rusiya mətbuatında, nə də Avropa mətbuatında olduğu kimi əks etdirmək mümkün olmur. Burada hadisələrin bütün cərəyanını, səbəbini və nəticələrini guya Azərbaycan tərəfindən törədildiyini söyləməklə işlərini bitmiş hesab edirlər. Üstəlik son zamanlar Ermənistan cəmiyyətində Avropa İttifaqının 2,6 milyard avro ayırdıqdan sonra Ermənistanda ruh yüksəkliyi əmələ gəlib. Fransa daima Ermənistana verdiyi mesajlarla bu ruh yüksəkliyini açıq, qızışdırıcı, provokativ addımlara yönəldirlər. Ermənistanın Baş naziri vəzifəsini icra edən Paşinyan isə az qala hər gün Rusiyaya yalvararaq, Azərbaycanla sərhəddə Rusiya Müdafiə Nazirliyinin qoşunlarının gətirilməsini tələb edir. Görünür bu məsələdə müəyyən dairələrin maraqları var. Həmçinin Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarının Göycə gölü ətrafındakı kəndlərdə qoşun yığmaq meyili var. Hətta bu məsələnin Rusiya Təhlükəsizlik Şurasının iclasında müzakirə edildiyi də söylənilir. Belə olduqda, əlbəttəki ermənilər nə sülh danışıqları barədə, nə də sərhədlərin demorkasiyası məsələsində fəallıq göstərəcəklər. Ermənilər sülh danışıqlarının müəyyənləşdirilməsində yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürməklə bu prosesi çətinləşdirəcəklər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə