"Azərbaycan öz ərazisini bu seperatçılardan təmizləyəcək” - DEPUTAT ŞƏRH ETDİ
“1923-cü ildə Moskva heç bir hüquqi əsası olmadan Azərbaycan xalqının və dövlətinin idarəsinin əleyhinə olaraq Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ Muxtar vilayəti yaratdı. O dövrdən bu Azərbaycan dövlətçiliyi və xalqı üçün hazırlanmış, sonradan partlayacaq bomba idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu bomba vaxtaşırı öz təsirini göstərirdi: “Nəhayət 1988-ci ildə partladı. Nəticədə 30 ilə yaxın bizim doğma torpaqlarımız düşmən işğalı altında qaldı. 1991-ci il 26 noyabr tarixində Azərbaycan SSRİ-nin sessiyasında Dağlıq Qarabağ Muxtar vilayətinin statusuna xitam verildi. Dağlıq Qarabağ Muxtar vilayəti bir inzibati ərazi vahidi kimi ləğv edildi. O dövrdən Azərbaycan ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi yoxdur”.
Deputat həmçinin qeyd edib ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında da belə bir inzibati ərazi vahidimiz yoxdur: “Cənab Prezident də bütün bu faktlara əsaslanaraq qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ adında ərazi vahidi yoxdur. Cənab Prezident imzaladığı son fərmanlarından birində də yaratdığı iqtisadi bölgülərdə o dövrdəki Dağlıq Qarabağa aid olan rayonlar müxtəlif vahidlərdə öz birləşməsini tapdı. Cənab Prezident ona görə ermənilərə bu gün də şirin vədlər verməkdə davam edən müəyyən kənar qüvvələrə bildirir ki, artıq bu məsələ qutarıb. Yəni bu məsələni ortaya atanlar yenə sərsəm status iddiası ilə, xülyası ilə yanaşırlar. Ancaq bunların heç birisi olmayacaqdır. Hələlik müəyyən səbəblərə görə, bu gün Azərbaycan ərazisində 1991-ci ilin payızında yaranmış cinayətkar, seperatçı qurum hələ də rus sülhməramlılarının himayəsində davam etdirir. Ancaq bunun da sonu yaxınlaşıb. Bu yaxın vaxtlarda oradakı cinayətkarlar da məhv ediləcək, həbs ediləcək və Azərbaycan öz ərazisini bu seperatçılardan da təmizləyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB