Paşinyanın seçki bloku yeni hökumət qura biləcək qədər mandat qazanıb - NƏTİCƏLƏR
Ermənistanda keçirilən seçkilərdə, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan konstitusiya çoxluğunu alacaq və hökumət qura biləcək.
Nikol Paşinyan partiyasının Milli Məclisin yeni çağırışında ən azı 71 mandata sahib olacağını bəyan edib.
Paşinyan "Twitter" də "MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, “Vətəndaş Sazişi” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna (105 deputatdan ən azı 71) sahib olacaq və mənim rəhbərliyim altında bir hökumət quracaq"- yazıb.
Bu arada, erməni mediası artıq dəqiq hesablamalar aparıb. Ermənistanın yeni çağırış Milli Məclisinin 102 deputatı olacaq,- “ Armlur” qəzeti yazır.
"Vətəndaş Sazişi" - 72 yer
"Hayastan" ("Ermənistan") bloku - 27 yer
"Şərəf duyuram " bloku - 6 yer
Ermənistan Baş Naziri Nikol Paşinyanın "Vətəndaş Sazişi" bloku erkən parlament seçkilərində bütün 2008 seçki məntəqələrindəki səsləri sayılması nəticəsində qələbə qazanıb.
Seçkilərə 25 siyasi qüvvə- 21 partiya və 4 blok qatıldı. Səs vermək hüququ olan 2 milyon 578 min vətəndaşdan 1.281.174 nəfəri və ya 49.4%-i səsvermədə iştirak edib.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB