Xədicə İsmayılın növbəti erməni sevgisi...

Yaxud erməni təxribatlarında Azərbaycanın uğurları Xədicə İsmayılı niyə narahat edir

Özünü “tədqiqatçı jurnalist” adlandıran, satqın, ermənipərəst Xədicə İsmayılın anadan olduğu gündən erməniyə sevgisi olub. Çünki onun qanında bu donuz üfunəti verən erməni qanı var. Elə buna görədir ki, mənfur Ermənistanın hərbi hissələrinin təmas xəttində iyulun 12-dən başlayaraq bu günə kimi apardığı təxribat Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunlarımız uğurla bu təxribatların qarşısını alır. Bu isə, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Ancaq bu uğurlara qısqanclıqla yanaşan satqın, ermənipərəst Xədicə İsmayıl təxribat başlayan andan sosial şəbəkələrdən çağırışlar edərək ABŞ-ın qəzetlərinə məktublar göndərəcəyini deyir və Azərbacan Ordusunun əsgərlərini erməni əsgərlərinə qarşı humanizm nümayiş etdirmək çağrışı edir. Adama sual verən lazımdır ki, hansı humanizmdən danışırsan ki, Xocalıda körpələrimizin dərisini soyub divara mıxlayan, qadınlarımızın, qocalarımızın başına olmazın oyunlarını açan şəxslər az qala Ermənistan elitasının yarısını təşkil edirlər. Bəs onlara niyə bu cür adam öldürməklə bağlı “humanist” iradlarını bildirmirsən?!

Sözsüz ki, bu Xədicənin simasıdır, o belə danışmalıdır, çünki xəmir satqınçılıq mayası ilə yoğrulub. Oxucularımız xatırlayırsa 5 il öncə – ermənilərin 2 aprel təxribatı zamanı da X.İsmayıl ardıcıl olaraq ABŞ-ın "The Washington Post" qəzetinə müraciətlər edirdi. Alçaqlıq bu qədər? Bu torpaqda yaşa, ancaq bu torpağın uğurlarına gözün kor ola. Görünür, Xədicə İsmayıl anlayır ki, ümümmilli məsələlərin ortada olduğu bir zamanda onun kimi cırtdan məsələlər unudulacaq. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçılmaz sübutdur ki, Xədicə İsmayıl bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Onun əsas məqsədi Azərbaycana qarşı təzyiqləri reallaşdırmaqdır. Elə koronavirus epidemiyasının şərtlərinə nəzarət edən polislərin tələbinə qarşı çıxaraq onlara "mədəniyyət dərsi" keçməsi, 44 gün davam edən İkinci Vətən müharibəsindəki qələbəmiz də X.İsmayıl kimi mənəviyyatsızları, əxlaqsızları qıcıqlandırır. Ən gülünc hal da odur ki, sosial şəbəkələrdə "siyasi məhbuslara azadlıq",-deyərək xalqı meydanlara səsləyir.

Xədicə İsmayıl, əslində, sən kimsən?

İnsanlarda Xədicə ilə bağlı yaranmış assosiasiyalar müxtəlifdir. Kimə görəsə "qrantyeyən jurnalist" və "hüquq müdafiəçisi", digərlərinə görə xarici kəşfiyyat orqanlarının agenti olan Xədicəni bir çoxları ermənilərin tezisləri əsasında fəaliyyət göstərən təxribatçı hesab edirlər. Və bu qrup düşünür ki, Xədicənin ermənilərlə əməkdaşlığa hazır olması təəccüblü deyil. Çünki normal halda etik baxımdan qəbuledilməz sayılan addımları atmaq Xədicəyə "bir qurtum su içmək" kimi asandır.

Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən X.İsmayıl onu bilməlidir ki, xalqın qınağından qaçmaq olmaz. İndi bu qınaqdan qorxaq halda qalıbsan. Bəs nə bilirdin? Bir an sənin kimi satqın ermənilərlə işbirliyi quranları indi o qurumlar da qəbul etmir. Necə ki, Gültəkin Hacıbəyli AŞPA-nın kandarına yaxın gedə bilmir. İndi sənin kimilər vaxtı ilə sənə təlimatlar verən bir sıra xarici ermənipərəst qurumlar artıq səni də yaxın qoymurlar. İndi özünə "hüquq müdafiəçisi" adını da yapışdırmaq üçün "siyasi məhbus" biznesinə əl atıbsan. Ortaya düşüb başlamısan vaxtı ilə "getmə gözümdən, gedərəm özümdən" AXCP sədri Əli Kərimliyə qarşı təxribata. O zaman sual yaranır ki, ay erməni maşası, bu statusu nə vaxtdan daşıyırsan? Sən "hüquq müdafiəçisi" yox, qatı, beynəlxalq səviyyəli provokatorsan. Yəqin ki, bu ifadələrlə hər dəfə tanış olduqdan sonra, hər hansı bir izaha da ehtiyac qalmır. Çünki bu gün beynəlxalq səviyyəli provokator barəsində nə kimi ifadələr işlədilibsə, haqqına və doğruya işlədilib. Çünki kimsəyə sirr deyil ki, Azərbaycan hökuməti hər zaman insanların hüquqlarının qorunması ilə bağlı lazımi addımları atıb. Bütün bu kimi məsələlərin gündəmdə olduğu bir vaxtda xaricə satılmış hansısa kəşfiyyatçıya, təxribatçını, ajiotajçını və satqını "hüquq müdafiəçisi" kimi təqdim etməyin özü də bir xəyanətdir!

Başqa bir məsələ isə, ondadır ki, bu, o X.İsmayıldır ki, bütün həyatı boyu onun-bunun əlində oynadılıb. Niyə? Cavab bəllidir. Təki xarici təşkilatlar ona nə edirlərsə, etsinlə, əvəzində qrantını alsın. Neyləsin, bu da belədir də... Bir növ adətkardır. Buna adətkar olan X.İsmayıl hara gəldi, necə gəldi elə soxur özünü. “Azadlıq” radiosuna da soxulduqdan sonra özünü jurnalist kimi təqdim etdi və başladı Azərbaycana qarşı şər, böhtan atmağa. Min sifət görən X.İsmayıl üçün hər şey qrantla ölçülür - abır, əxlaq, mənəviyyat. X.İsmayılın bundan sonra düzələcəyi də mümkünsüzdür. Çünki onun özü də getdiyi yolu kimi əyri olub. Necə deyərlər, «qozbeli qəbir düzəldər». Ancaq Xədicəni heç qəbir də düzəltməz. Bunu onun özü də yaxşı bilir. Xədicə yaxşı bilir ki, onun donqarı heç vaxt düzəlməyəcək. Çünki həmin donqarın içində yalnız və yalnız xəyanətlər var. Özü də kifayət qədər!

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə