Andranik Koçaryan: “Vazgen Manukyan türklərin “bayraktarlarından” da təhlükəlidir” QARŞIDURMA

“Daxili “bayraktarlar” türklərinkindən də təhlükəlidir. Mən görürəm ki, daxili siyasi həyatda başqa proseslər genetikləşir”.

SİA Nyus Armeniya saytına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə müdafiə və təhlükəsizlik komissiyasının daimi üzvü, hakim “Mənim addımım” blokunun deputatı Andranik Koçaryan Ermənistanın keçmiş baş naziri vazgen Manukyanın Nikol Paşinyanı istefaya çağırması fikrinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Vazgen Manukyan və ətrafındakı canlı “bayraktarlar” daha təhlükəlidirlər. Mövcud çağırış isə təhlükədən də təhlükəlidir, belə ki, 1999-cu ilin 27 oktyabr tarixində Ermənistan parlamentində terror aktı törədilmişdi: “Xalq tərəfindən qəbul edilməyən güclər hələ də sakitləşə bilmirlər”.
Xatırladaq ki, Ermənistanın sabiq baş naziri və eks-müdafiə naziri Vazgen Manukyan hökuməti istefaya getməyə, hakimiyyəti isə orduya ötürməyə səsləmişdi. Onun bəyanatında qeyd olunmuşdu ki, güclü müqavimətə baxmayaraq, cəbhədə baş verənlər ölkə tarixinin ən biabırçı səhifəsinə yazılır.

“Təhlükədə yalnız Qarabağ deyil, Ermənistan və erməni xalqının gələcəyidir”, deyə erməni siyasətçi bildirmişdi.
Onun bəyanatına Ermənistanın müdafiə nazirliyi və baş qərargahı da reaksiya veriblər. Birgə bəyanatda bildirilib ki, bənzər fikirlər siyasi hakimiyyətlə silahlı qüvvələr arasında parçalanma yaratmağa hesablanıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...