XİN və Baş Prokurorluqdan Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı ilə bağlı - BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq erməni silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti təxribatı ilə bağlı bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda qeyd olunur ki, ermənilər beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutub.

Bildirilib ki, nəticədə 10 nəfər mülki şəxs həlak olub, 30 nəfər yaralanıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu cinayətləri ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işləri açılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə