ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə