Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb

İstanbulda, "Çırağan" sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. SİA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə söhbət açılıb.

Ölkələrimiz arasında enerji sahəsində, həmçinin Bakı-Tiflis-Ceyhan və "Şahdəniz" layihəsinin inkişaf etdirilməsinə dair Türkiyə ilə əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında yaradılacaq yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının əlaqələrimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə