Sentyabrın 10-dan Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi təşkil ediblər.
SİA-nın məlumatına görə, Nabrandakı "Atlant" istirahət mərkəzində təşkil edilmiş düşərgənin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, YUNİSEF-in nümayəndəsi Natiq Umarov, "Dan" İctimayi Birliyinin sədri Gülarə Teymurova və başqaları çıxış edərək son illər ölkəmizdə uşaqların hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Beşgünlük düşərgənin əsas məqsədi təlim bacarıqları öyrətməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərini artırmaqdır. Düşərgəyə Xaçmazdan və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 50-yə yaxın yeniyetmə və gənc cəlb olunub. Düşərgədə 14 valideyn, 14 texniki işçi və mütəxəssislər çalışacaqlar. Burada müxtəlif tədbirlər, o cümlədən idman oyunları keçiriləcək, filmlər nümayiş etdiriləcək və müzakirələr olacaqdır. Bir sözlə, uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Düşərgə sentyabrın 14-dək fəaliyyət göztərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB