Səbail İH başçısı: “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikirlər yanlışdır\"

"Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikirlər yanlışdır\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. Onun sözlərinə görə, müsabiqə ərəfəsində Səbail rayonuna turist axınının artdığını nəzərə alaraq hüquq-mühafizə orqanları təhlükəzilik tədbirlərini gücləndiriblər: "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi ərazidə, o cümlədən Dövlət Bayrağı Meydanının ətrafında ciddi təhlükəsizlik tədbirləri görülür. Milli Parkın genişləndirilən ərazilərində müəyyən yerlər var ki, ora keçid müəyyən qaydalar üzrə aparılacaq\".

A Əsgərov onu da bildirib ki, "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi Səbail rayonu ərazisində hər gün yeni işlər görülür, fantastik layihələr həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə