Dekabrın 03-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək. Lakin axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta olacağı gözlənilir.
Bu gün gündüz mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Sonrakı günlərdə əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB