Qəzzada gərginlik davam edə bilər - ŞƏRH EDİLDİ

Qəzzada gərginlik davam edə bilər - ŞƏRH EDİLDİ

“Qəzza zonasında yaranmış vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının başlıca şərtlərindən biri tərəflərin atəşkəsə razı olmasıdır. Burada əsas tərəflərdən biri HƏMAS, digəri isə İsraildir. Lakin hazırda tərəflər arasında bu istiqamətdə razılığın əldə olunması ilə bağlı ciddi problemlər qalır”.

Bu sözləri SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, İsrail hələlik geri çəkilmək və hərbi əməliyyatları tam dayandırmaq məsələsində ehtiyatlı mövqe nümayiş etdirir:

“ABŞ isə bölgədə müəyyən təhlükəsizlik mexanizminin yaradılmasını təklif edir. Bununla yanaşı, həm HƏMAS, həm də İsrail üzərində təsir imkanlarına malik beynəlxalq güclərin prosesdə daha fəal iştirakı vacibdir.

Bölgədə davamlı sülh və sabitliyin formalaşması üçün ilk növbədə tərəflər arasında razılaşma əldə olunmalıdır. Bunun təmin edilməsi üçün isə beynəlxalq vasitəçilərin və böyük güclərin daha fəal diplomatik addımlar atmasına ehtiyac var. Hazırda bu istiqamətdə ciddi irəliləyişin olmaması səbəbindən prosesin qısa müddətdə yekunlaşacağına real yanaşmıram. Hesab edirəm ki, münasibətlərdə gərginliyin bundan sonra da davam etməsi mümkündür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə