Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ-nin Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında mühüm etiraf edib. O bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 13-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər, lakin danışıqlar yekun mərhələdədir.
"Təəssüf edirəm ki, 21-ci paketlə bağlı razılıq əldə edə bilmədik, baxmayaraq ki, biz ona kifayət qədər yaxınıq", - o deyib. Onun sözlərinə görə, yeni paket üzrə razılaşmanın olmamasına baxmayaraq, nazirlər Aİ-nin müxtəlif sanksiya rejimləri çərçivəsində 250-dən çox fərdi sanksiyanın daxil edilməsini razılaşdırıblar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB