Azərbaycanın “Metrik Konvensiya”ya qoşulması haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunaraq qəbul edilib.
SİA xəbər verir ki, qanun layihəsi parlamentdə deputatların müzakirəsinə təqdim olunub.
Müzakirələrdən sonra “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, “Metrik Konvensiya” ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən və qlobal metrologiya sisteminin əsasını təşkil edən beynəlxalq müqavilədir. Konvensiya 1875-ci il mayın 20-də Fransanın paytaxtı Parisdə 17 dövlət tərəfindən imzalanıb və beynəlxalq ölçü standartlarının formalaşdırılmasında mühüm rol oynayır.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB