"Siyasi səhnədə Azərbaycan ilə İtaliya arasındakı münasibətlər ənənəvi olaraq yüksək səviyyədə olub və bu gün də belə davam edir. Sadə dillə desək, əlaqələrimiz hər zaman yaxşı olub və bu istiqamətdə ciddi narazılıq müşahidə olunmayıb".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "İki ölkəni bir-birinə bağlayan iqtisadi əlaqələr də kifayət qədər möhkəmdir. Azərbaycan və İtaliya arasında həm diplomatik, həm iqtisadi, həm də mədəni-mənəvi sahələrdə sıx əməkdaşlıq mövcuddur.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dini və mədəni dəyərlərə hörmət məsələsində də həssas mövqe nümayiş etdirir. Bu baxımdan Vatikan ilə bağlı münasibətlər də diqqətəlayiqdir. Vatikan ayrıca dövlət olsa da, coğrafi olaraq İtaliya ərazisində yerləşir və Azərbaycan bu dini-mədəni əlaqələrə xüsusi hörmətlə yanaşır.
Belə bir şəraitdə Azərbaycan ilə İtaliya arasında hər hansı ciddi anlaşılmazlıq və ya gərginlikdən danışmaq mümkün deyil. İki ölkə arasındakı münasibətlər sabit və yüksək səviyyədədir.
Xüsusilə vurğulamaq lazımdır ki, Corcia Meloni rəhbərliyində İtaliya tərəfinin davranışı da bu münasibətlərin səviyyəsini açıq şəkildə göstərir. Belə ki, Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən toplantısı çərçivəsində liderlərin qeyri-rəsmi görüşündə iştirak etmədən birbaşa Azərbaycana səfər etməsi diqqət çəkən məqamdır. Bu addım İtaliyanın Azərbaycana verdiyi önəmin və hörmətin göstəricisi kimi qiymətləndirilə bilər.
Azərbaycan və İtaliya münasibətləri yüksək səviyyədədir və bu əməkdaşlıq qarşılıqlı hörmət və maraqlar əsasında uğurla davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB