Yeni reallığın mesajı: Azərbaycanın sülh gündəliyi və beynəlxalq çağırışı - MÖVQE
"Rəsmi Bakı növbəti dəfə beynəlxalq münasibətlər sistemində sülhə sadiqlik məsələsində prinsipial mövqe nümunəsi göstərib. Paytaxt Bakıdan elə siyasi mesajlar səsləndirilib ki, beynəlxalq ictimaiyyət onları görməzdən gələ bilməz. Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatın da çıxış edib. Təkcə sözügedən fakt özü-özlüyündə təlatümlü və müxtəlif münaqişələr ilə zəngin olan müasir dünya üçün nümunəvi sülh örnəyidir. Əlbəttə ki, bu tarixi unutmaq olmaz və bu tarix təkcə milli diplomatiyamızın yox, həmçinin yeni Azərbaycan-Ermənistan münasibətlərinin əlamətdar hadisəsidir".
SİA xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında politoloq Asif Adil deyib.
Onun sözlərinə görə, bu cür fakt və mənzərələrə şahidlik edən zaman uzun onilliklər ərzində vasitəçilik manipulyasiyaları ilə məşğul olan, həqiqətdə isə sadəcə münaqişənin dondurulmasına xidmət edən bəzi dövlətlərin “beyin təzyiqləri” təhlükəli səviyyəyə qədər artmışdır: "Ermənistanda təşkil olunan adı çəkilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirak etməsi faktı münaqişədən sonrakı sülh ilə bağlı bütün qərəzli şərhlərə son qoydu, beynəlxalq ictimaiyyət isə buna şahidlik etdi.
Prezidentin “zərgər” dəqiqliyi ilə müəyyən olunan diplomatiya strategiyası sayəsində “təzyiq” və “manipulyasiya” aləti növbəti dəfə bəzi dövlətlərin əlindən alındı. Çıxış zamanı Prezident İlham Əliyev səsləndirdiyi sözlər məhz həmin qüvvələrə ünvanlanmış açıq mesajdır: “Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.” Odur ki, qeyd olunan fakt mütləq olaraq milli diplomatiya təqvimimizə qırmızı rəqəmlə daxil olmalıdır.
“Bakıdan salamlar” – dövlət başçısı öz çıxışını məhz bu sözlər ilə başlamışdır. Sözügedən faktın şərh olunmasında idman terminologiyasından istifadə etsək deyə bilərik ki, “Bakıdan salamlar” ifadəsi ilə çıxışın başlanması sülhə qarşı olan bütün qüvvələrə Prezident tərəfindən vurulmuş ilk sarsıdıcı zərbə idi. Şübhəsiz ki, bu zərbə rəqiblərin “nokdauna” düşməsinə səbəb olmuşdur. Daha sonra dövlət başçısı tərəfindən səsləndirilmiş digər fikirlər sadəcə bu diplomatik döyüşün Prezident İlham Əliyevin xeyrinə nəticələndiyinin rəsmiləşdirilməsi idi.
Əlbəttə ki, Prezidentin “salamı” təkcə konfrans iştirakçılarına ünvanlanmış protokol qaydalarına hörmət əlaməti deyil. Bakıdan göndərilən “salamın” siyasi məna və təyinatı gözlə görmək mümkün olan sərhədlərdən daha genişdir. Bu “salam” eyni zamanda müəllifi Azərbaycan xalqı olan “yeni reallıqdan” dünyada geosiyasi mühafizəkarlığı qoruyan və köhnə geosiyasi quruluşu müdafiə edən dövlətlərə göndərilmiş mövqe mesajıdır.
Təsadüfi deyil ki, Prezident sözügedən çıxışında AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təsisatlarının da “xoşməramlı” missiyalarını yada salmışdır: “Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır...” və “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur.” Bu sözlər sadəcə əzələ nümayişi deyil, adları çəkilən qurumlar tərəfindən qəbul olunan qərarların əsl təyinatının ifşasıdır. Adları çəkilən təşkilatların təyinat və missiyası müasir beynəlxalq münasibətlər sisteminin təzyiq və siyasi alver bazarına çevirməkdən ibarət olmamalıdır. Əksinə, sözügedən təşkilatlar onlara üzv olan ölkələrin rifah, sabitlik və dayanıqlı inkişafına xidmət etməlidir. Digər sözlərlə, beynəlxalq hüquq dövlətlərin daxili məsələlərinə müdaxilə etmək mexanizmi deyil, bu hüquq dövlətlərin suverenliyini qorumaq üçündür. Beynəlxalq təşkilatlar da həmin hüququn aliliyini təmin etməlidir.
Odur ki, Bakıdan göndərilən “salam” həm də ki, beynəlxalq münasibətlər sistemində öz mövqeyini bərkitmiş, “ikili standartlar siyasəti və təzyiqlərə rəğmən tarixi ədaləti bərpa edərək unudulmaz Qələbəni əldə etmiş qürurlu və bərabərhüquqlu tərəfdaşın salamıdır. Bu “salam” beynəlxalq tədbirə qoşulmaqla ona rəng və məna qatmış müzəffər dövlətin mesajıdır. Artıq Azərbaycan sadəcə hansısa beynəlxalq tədbir və layihəyə qatılmaqdan sevinən bir dövlət deyil, Azərbaycanın bu və ya digər layihəyə qatılması faktı həmin layihələrin uğurlu olacağına dəlalət edir. Budur düşmənlərin gözləri götürmədiyi yeni reallığın gözqamaşdıran çalarları.
Qalib tərəf olmasına rəğmən Azərbaycan yenə də diktə ritorikasından uzaq dayanır və sülh gündəliyinə öz sadiqliyini nümayiş etdirir. Mövcud mənada Prezidentin bu sözləri də xüsusi əhəmiyyət daşıyır: “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”. İqtisadi əməkdaşlıq əlaqələri ilə bağlı konkret faktları sadalamaqla dövlət başçısı dolayısı ilə bildirir ki, bəzi ölkələrin münasibətlərdə uzun illər ərzində çata bilmədikləri nəticələrə Azərbaycan və Ermənistan cəmi bir neçə aya müvəffəq olmuşdur.
Beynəlxalq münasibətlər sistemində kin, nifrət, qərəz və total şübhə toxumlarının aktiv şəkildə səpildiyi bir dövrdə Azərbaycan regionu bu cür təhlükəli tendensiyalardan qoruya biləcək təşəbbüslərlə davamlı olaraq çıxış edir. Bəli, bu mənada Bakıdan göndərilən “salam” həm də ki, bütün regionun inkişafına xidmət edən sülh siyasətinin təzahürüdür. Azərbaycan öz geosiyasi oyununu açıq kartlar ilə aparır və bu kartın adı “sülhdür”. Geosiyasi “kartları”nı gizlədən tərəflər isə regionda sülhün bərqərar olmasını istəməyənlərdir. Beləliklə, Prezident İlham Əliyev tərəfindən Bakıdan göndərilən salam həm də o deməkdir ki, kim bizə sülh ilə gələr, biz də ona sülh ilə gedərik".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



