Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.
Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.
Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.
Sonra Ukrayna Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident, çox sağ olun.
Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram.
Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.
Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm.
Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.
Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.
Əvvəlcə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Bu gün, əslində, nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu, böyük bir çağırışdır. İranla müharibə aparılır. Bizə bu halda etibarlı tərəfdaşlarımız lazımdır. Buna görə Sizə təşəkkür edirik. Biz çox şadıq ki, azərbaycanlı tələbələr əksər hallarda məhz Ukraynanı öz təhsil ocağı kimi seçirlər. Biz buna görə də təşəkkür edirik.
Biz, eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.
Cənab Prezident, düşünürəm, müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq.
Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin öz ünvanımıza bildiririk.
Bu gün biz ən çətin, ən ağır müharibə şəraitindəyik. Sizə səmimi deyim, cənab Prezident, mən bir hesabatı gördüm. Rusiya müxtəlif yerlərə yenidən aviazərbələr endirib. Dağıntılar göz qarşısındadır. Onlar dəmir yollarına, enerji infrastrukturuna, mülki təyinatlı obyektlərə hücum çəkirlər. Əfsuslar olsun ki, bu gün artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var.
Cənab Prezident, Sizə minnətdaram ki, başsağlığı verdiniz. Bütün bu səfəri təşkil etdiyinizə görə Sizə çox təşəkkür edirəm.
Daha sonra Azərbaycan və Ukrayna prezidentləri qısa söhbət etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Xırdalanda yanğın olub
Hadisə 02:22Azərbaycanda şəhid anası vəfat edib
Sosial 02:03Bu gün 2 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 01:22Türkiyədə ağır yol qəzası - 4 ölü, 8 yaralı...
Dünya 01:03"Neftçi" yeni hücumçu transfer edib
İdman 7 Sentyabr 23:31Sumqayıtda 4 maşın toqquşub - 5 yaralı var
Hadisə 7 Sentyabr 23:18Messi və Ronaldo eyni komandada ?
İdman 7 Sentyabr 22:37Trampdan qalmaqallı PAYLAŞIM -bu üç ölkəni ABŞ-a "qatdı"...
Dünya 7 Sentyabr 22:18YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib
Siyasət 7 Sentyabr 22:03YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
Siyasət 7 Sentyabr 21:59Rifah və əhval-ruhiyyəni yaxşılaşdırmağın qeyri-aşkar yolu kəşf edilib...
Sosial 7 Sentyabr 21:51Zəfər yolunda inamla irəliləyirik
Siyasət 7 Sentyabr 21:48“Gücümüz birliyimizdədir!”
Siyasət 7 Sentyabr 21:40YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir
Siyasət 7 Sentyabr 21:292026-cı ilin ən etibarlı dörd avtomobil modeli açıqlanıb...
Texnologiya 7 Sentyabr 21:28Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır
Siyasət 7 Sentyabr 21:17UFW SS’27: TONiA qadınların azadlıq dövrünə qayıdır...
Dəb 7 Sentyabr 21:06YAP ölkəmizə bundan sonra da mühüm uğurlar qazandırmaq əzmindədir
Siyasət 7 Sentyabr 20:58Gənclik illərində harada yaşamağınız ürək sağlamlığına təsir edir...
Səhiyyə 7 Sentyabr 20:51“Hərbi Dəniz Qüvvələrimiz sürətli inkişaf tempi və peşəkarlığına görə dünyada qabaqcıl yer tutur”
Siyasət 7 Sentyabr 20:49Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib
Siyasət 7 Sentyabr 20:44ABŞ Ukraynanın “Starlink”-dən istifadə etməsinə icazə verə bilər
Dünya 7 Sentyabr 20:28Binəqədidə yarımtikilidə yanğın olub
Hadisə 7 Sentyabr 20:14Alzheimer xəstəliyi ilk simptomlardan yeddi il əvvəl aşkar edilib...
Səhiyyə 7 Sentyabr 20:06Yenə də yan keçdi.?!
Dünya 7 Sentyabr 19:49Cəlilabadda güclü külək nəticəsində ağac maşının üstünə aşıb
Hadisə 7 Sentyabr 19:37Z-yazıçısı Prilepinin sözləri ruslar üçün soyuq bir duş kimi gəldi...
Dünya 7 Sentyabr 19:27Ukraynadakı müharibənin əsas səbəbi Putinin özü və onun qərarlarıdır
Siyasət 7 Sentyabr 19:06Yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açacaq
Siyasət 7 Sentyabr 18:56“Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib
Sosial 7 Sentyabr 18:54Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
İqtisadiyyat 7 Sentyabr 18:51Qazaxıstan fərari ruslardan qazanc əldə etməyin yolunu tapıb...
Dünya 7 Sentyabr 18:49Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir
Siyasət 7 Sentyabr 18:47Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb
Sosial 7 Sentyabr 18:41Miqrantlar bizdən qorxmasınlar -“Almaniya naminə Alternativ” partiyası
Dünya 7 Sentyabr 18:34Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir
Siyasət 7 Sentyabr 18:30Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...
İqtisadiyyat 7 Sentyabr 18:28Almaniya Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır..?
Dünya 7 Sentyabr 18:19Mənzil almaq adı ilə 15 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Hadisə 7 Sentyabr 18:14Rusların yazdığına görə, başqa bir “fırıldaq” üzərində iş gedir..?
Dünya 7 Sentyabr 18:05Səssiz yorğunluq: insanlar niyə dincəldikləri halda özlərini tükənmiş hiss edirlər? - ARAŞDIRMA
Sosial 7 Sentyabr 17:59Türkiyənin 71 vilayətində əməliyyat - 1000-ə yaxın saxlanılan var
Dünya 7 Sentyabr 17:53Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir
Siyasət 7 Sentyabr 17:52Qarabağın zəfəri bütün dünya azərbaycanlılarının zəfəridir - GÜNDÜZ İSMAYILOV
Mədəniyyət 7 Sentyabr 17:44Aktiv ƏDV ödəyicilərinin sayı 6 faizdən çox artıb
İqtisadiyyat 7 Sentyabr 17:43FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib
Sosial 7 Sentyabr 17:41“Uyğunluq bazarı üçün sistemimizi beynəlxalq standartlara uyğunlaşdırmalıyıq” -RƏNA HÜMBƏTOVA
Siyasət 7 Sentyabr 17:31Yaşıl enerjinin əsas şərti onun bərpa olunan mənbələrdən əldə edilməsinin təsdiqidir -ORXAN ZEYNALOV
Siyasət 7 Sentyabr 17:272032-ci ilədək quruda və dənizdə 8 GVt-a yaxın yaşıl enerji gücü yaradılacaq -ORXAN ZEYNALOV
Siyasət 7 Sentyabr 17:16"Xaricdə yaşayan azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər" - FOTOLAR
Mədəniyyət 7 Sentyabr 17:16Sürət və zəriflik...
Siyasət 7 Sentyabr 17:03Üç övladı olan ailələr çoxuşaqlı ailə hesab ediləcək? - EKSPERT AÇIQLADI
Sosial 7 Sentyabr 16:58Yeni sülh təklifləri... - BAXIŞ BUCAĞI
Siyasət 7 Sentyabr 16:51İç savaş, yoxsa?.. - RAKURS
Dünya 7 Sentyabr 16:26Yeni kapital mənbələrinin cəlb edilməsi yollarını da tapmalıyıq -AYGÜN HƏSƏNOVA
Siyasət 7 Sentyabr 15:45"Mənzil bazarında qiymət artımı sosial problemi dərinləşdirir" - EKSPERT DANIŞDI
Sosial 7 Sentyabr 15:13Texnologiya və süni intellekt gənclərin dünyagörüşünü necə dəyişir? - SOSİOLOQ AÇIQLADI
Sosial 7 Sentyabr 15:03“SOCAR-la görülən işlər qarşıdakı fəaliyyətlərin yalnız başlanğıcıdır” -LOLA ODUNSİ
Siyasət 7 Sentyabr 15:00İlk fəaliyyətimizə İraqda, cəmi altı obyekt üzrə başladıq -LOLA ODUNSİ
Siyasət 7 Sentyabr 15:00"Valideynlərin bir cümləsi belə uşağın gələcək həyatına təsir edə bilər" - PSİXOLOQ
Sosial 7 Sentyabr 14:51Qazaxıstan yeni yataqların axtarışına başlayır
Dünya 7 Sentyabr 14:38İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
Dünya 7 Sentyabr 14:35Kreml: Putin sülhə doğru kiçik addım atdı
Dünya 7 Sentyabr 14:33“Methane AI” aləti metan emissiyalarının aşkarlanması və azaldılmasına dəstək verir” -ƏFQAN İSAYEV
Siyasət 7 Sentyabr 14:30Ermənistan AB-yə üzvlük üçün müraciəti sürətləndirir
Siyasət 7 Sentyabr 14:27“Bir ton metanın azaldılması 30–83 ton CO₂ ekvivalent emissiyanın qarşısını alır” -ƏFQAN İSAYEV
Siyasət 7 Sentyabr 14:24“Hər bir vətəndaş öz hərəkətinin ictimai nəticəsini düşünməlidir” -SOSİOLOQ DANIŞDI
Sosial 7 Sentyabr 14:17İdman halqası və onunla incə belə sahib olmaq qaydası - FOTO
Sosial 7 Sentyabr 13:37"Qarabağın qısa müddətdə necə yenidən qurulduğunun şahidi olduq" - EKA TKEŞELAŞVİLİ
Siyasət 7 Sentyabr 13:34İranla nüvə sazişi olmaya bilər - Tramp administrasiyasının rəsmisi
Dünya 7 Sentyabr 13:28Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 7 Sentyabr 13:13BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunur
Siyasət 7 Sentyabr 12:57Avropada 650.000 hektara yaxın meşə sahəsi yanıb
Dünya 7 Sentyabr 12:17Qərb mediası Azərbaycana qarşı çirkin fəaliyyətindən əl çəkmir - TƏHLİL
Siyasət 7 Sentyabr 12:07İsrailin Livanın cənubuna hava zərbəsi nəticəsində azı 10 nəfər ölüb
Dünya 7 Sentyabr 12:03ABŞ və İran arasında “tanker müharibəsi”: Hörmüzdə gərginlik hara gedir?
Dünya 7 Sentyabr 11:5890 şübhəli saxlanılıb - DİN
Sosial 7 Sentyabr 11:41Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək
Sosial 7 Sentyabr 11:39Boşanma statistikasında qadınlar daha çox təşəbbüskar tərəf kimi çıxış edir -SOSİOLOQ DANIŞDI
Sosial 7 Sentyabr 11:38PR-də strateji planlaşdırma: Uğurlu kommunikasiya necə qurulur?
Səhiyyə 7 Sentyabr 11:34Qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb
Dünya 7 Sentyabr 11:33Kənd təsərrüfatında güzəşt mexanizmlərinə dəyişiklik edildi
İqtisadiyyat 7 Sentyabr 11:32Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un yaratdığı dinamikanı icraya yönəldir - Muxtar Babayev
Siyasət 7 Sentyabr 11:31Tərtərdə 54 yaşlı kişi güllələnib
Hadisə 7 Sentyabr 11:31İqlim dəyişikliklərinin aqrar sektora təsirini azaldılması istiqamətində addımlar atılır” -EKSPERT DANIŞDI
İqtisadiyyat 7 Sentyabr 11:29Türkiyə, Gürcüstan və İraqdan azərbaycanlı din xadimləri Vətənə səfər edib
Mədəniyyət 7 Sentyabr 11:29“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb
Siyasət 7 Sentyabr 11:06Faktiki hava şəraiti açıqlandı
Sosial 7 Sentyabr 10:31Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub
Siyasət 7 Sentyabr 09:12Şəkidə avtomobil piyadanı vurub öldürüb
Hadisə 7 Sentyabr 06:05Bu futbolçu Messinin rekordunu yenilədi
İdman 7 Sentyabr 04:06Kabarda-Balkarda 10 alpinist itkin düşüb
Dünya 7 Sentyabr 03:05Özəl xəbərlər
Digər xəbərlərSəssiz yorğunluq: insanlar niyə dincəldikləri halda özlərini tükənmiş hiss edirlər? - ARAŞDIRMA
Sosial 7 Sentyabr 17:59Üç övladı olan ailələr çoxuşaqlı ailə hesab ediləcək? - EKSPERT AÇIQLADI
Sosial 7 Sentyabr 16:58"Valideynlərin bir cümləsi belə uşağın gələcək həyatına təsir edə bilər" - PSİXOLOQ
Sosial 7 Sentyabr 14:51Qazaxıstan yeni yataqların axtarışına başlayır
Dünya 7 Sentyabr 14:38İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
Dünya 7 Sentyabr 14:35Kreml: Putin sülhə doğru kiçik addım atdı
Dünya 7 Sentyabr 14:33
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9739
-0,13%
-
GBP
2,2970
-0,15%
-
RUB
1,9728
+0,76%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



