Rusiya Çin ilə birlikdə həyata keçirdiyi ortaq Ay proqramı çərçivəsində Ay səthini skan edəcək, torpaq nümunələri toplayacaq və 2026-cı ildən etibarən Ayın daxili quruluşunu öyrənmək üçün cihazların hazırlanmasına başlayacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Roscosmos rəhbəri Dmitriy Bakanov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında ölkəsinin Ay proqramı ilə bağlı açıqlamalar verib.
Bakanov bildirib ki, Rusiya Çin ilə birlikdə Ay proqramını inkişaf etdirməyə davam edir və bu proqram çərçivəsində ümumilikdə 15 ölkənin bir araya gəlməsi planlaşdırılır.
O qeyd edib ki, Ayın quruluşu ilə bağlı tədqiqatlar bu il daha da sürətlənəcək:
“Biz Ayı skan edəcəyik və Ay torpağını toplayaraq məlumatları Yerə ötürəcək eniş modulunun layihəsini tamamlayacağıq. 2026-cı ildə isə Ayın daxili quruluşunu öyrənmək üçün cihazların hazırlanmasına başlanılacaq.”
Xatırladaq ki, Roscosmos ilə Çin Milli Kosmik İdarəsi arasında Ayda elmi tədqiqatların aparılması məqsədilə ortaq stansiyanın qurulmasına dair 2021-ci ildə memorandum imzalanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB