Milli Məclisin növbəti plenar iclası keçirlir

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasının gündəliyinə təklif olunan məsələlər məlum olub. Gündəliyə ümumilikdə 10 məsələ daxildir. Deputatlar “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsini müzakirə edəcəklər.

Eyni zamanda Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanun, eləcə də “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklər üçüncü oxunuşda baxılacaq.

İclasda “Uşaq hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bununla yanaşı, bir sıra məcəllə və qanunlara, o cümlədən ailə, gənclər siyasəti, sosial xidmət, media, yol hərəkəti, investisiya fəaliyyəti və hərbi xidmət sahələrini əhatə edən dəyişikliklər də gündəmdədir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinə və hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə