"Prezident İlham Əliyevin Münxendə “France 24” telekanalına verdiyi müsahibə əsasən Azərbaycan-Fransa münasibətləri və regionda formalaşan yeni siyasi nizamla bağlı mühüm məqamları əhatə etdi".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
.jpg)
Onun sözlərinə görə, müsahibədə xüsusilə Fransa-Azərbaycan münasibətlərində yaranmış gərginliyin səbəblərinə toxunuldu: "Qeyd edildi ki, Fransa Milli Assambleyası və Senatı tərəfindən keçmiş Qarabağla bağlı qəbul edilmiş qərəzli qətnamələr, o cümlədən qondarma rejimlə bağlı atılan addımlar münasibətlərdə böhranın yaranmasına səbəb olmuşdu. Cənab Prezident vurğuladı ki, bu böhran məhz Fransa tərəfindən yaradılmışdı.
Eyni zamanda bildirildi ki, hazırda tərəflər arasında yeni mərhələnin başlanması üçün müəyyən imkanlar formalaşıb və Fransa regionda yaranmış yeni reallıqları qəbul etməyə başlayıb. Bu isə münasibətlərin normallaşması istiqamətində mühüm siqnal kimi qiymətləndirildi.
Müsahibədə Azərbaycan-Ermənistan sülh prosesi də geniş şəkildə şərh olundu. Qeyd edildi ki, Cənubi Qafqazda siyasi proseslər transformasiya mərhələsinə qədəm qoyub və regionda davamlı sülhün bərqərar olması üçün real zəmin yaranıb.
Azərbaycanın regionda tutduğu mövqe, nəqliyyat-kommunikasiya layihələri, xüsusilə Cənubi Qafqazda yeni nəqliyyat əlaqələrinin yaradılması təşəbbüsləri beynəlxalq siyasi və iqtisadi nizama mühüm töhfə kimi dəyərləndirildi. Ümumilikdə, müsahibə Azərbaycan-Fransa münasibətlərinə aydınlıq gətirdi və cənab Prezidentin cavabları böhran mərhələsinin arxada qaldığını nümayiş etdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB