"Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri arasında Əbu-Dabidə keçirilən görüş sülh quruculuğu istiqamətində son dərəcə önəmli və rəmzi bir hadisədir".
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, təsadüfi deyil ki, bu görüş çərçivəsində həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri "Zayed İnsan Qardaşlığ"ı Sülh Mükafatına layiq görülüblər: "Aydın şəkildə demək olar ki, Azərbaycan dövlətinin və onun liderinin müdrikliyi, uzaqgörənliyi və prinsipial siyasəti olmasaydı, bu gün Ermənistanla sülh prosesi mövcud olmazdı. Azərbaycan ilk dəfə olaraq sülhün əldə edilməsinin təşəbbüskarı kimi çıxış edib, sülh müqaviləsinin layihəsini məhz özü hazırlayaraq Ermənistan tərəfinə təqdim edib.
Məhz Azərbaycanın ardıcıl səyləri və qətiyyətli diplomatik cəhdləri nəticəsində ötən ilin avqust ayında ABŞ-da sülh müqaviləsi layihəsinin paraflanması baş tutdu. Bu prosesin məntiqi və siyasi yekunu kimi isə Əbu-Dabidə keçirilən görüş və hər iki liderin dünyanın ən nüfuzlu sülh mükafatlarından birinə layiq görülməsi baş verdi.
Bütün bunlar Azərbaycanın müdrik, ədalətli və humanist siyasətinin bariz göstəricisidir. Bu gün dünyada güclü ola-ola qarşı tərəfə mərhəmət və humanist yanaşma sərgiləyən dövlətlərin sayı olduqca azdır. Beynəlxalq hüququn norma və prinsiplərinin tez-tez pozulduğu bir dövrdə Azərbaycan öz prinsiplərinə sona qədər sadiq qalır və bütün münasibətləri məhz humanist dəyərlər və beynəlxalq münasibətlərin sağlam məntiqi üzərində qurur.
Bu baxımdan, Əbu-Dabidə keçirilən görüş sülhə aparan yolda son dərəcə mühüm bir addım olmaqla yanaşı, həm də dünya ictimaiyyətinə ciddi mesaj idi. Bu mesaj ilk növbədə Ermənistan daxilindəki revanşist qüvvələrə, eləcə də regionda gərginlik yaratmaq istəyən və Ermənistana havadarlıq etməyə çalışan xarici dairələrə ünvanlanmışdı.
Aydın şəkildə nümayiş etdirildi ki, Azərbaycan Ermənistanla sülhü ikitərəfli formatda, heç bir üçüncü tərəfin iştirakı olmadan qurur və ən optimal, ən sağlam model də məhz budur. Bu gündən sonra Cənubi Qafqazda Azərbaycanın sülh gündəminə mane ola biləcək heç bir qüvvənin təsir imkanlarının qalacağına inanmaq üçün əsas yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB