Prezident İlham Əliyev: Cənubi Qafqazda sülh və stabilliyin təminatçısı - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənubi Qafqazda sülhün memarı Azərbaycan Prezidenti İlham Əliyevdir.Dövlətin güclü və müstəqil olması üçün gücün sadəcə klassik mənada başa düşdüyümüz sərt elementlərinin olması tək şərt deyil".Bunu SİA-ya açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, modern dünya reallığı gücün yumşaq elemetlərinə bir sıra yeni komponentlər də daxil edir:" Beynəlxalq münasibətlərin sisteminin gəldiyimiz xaotik durumu bir amili daha qəti sübut edir ki, bu gün dövlətlər lider qıtlığından, fundamental ideoloji baxışın olmamasından, cəmiyyətlərin laxlamasından, dəyərlərin kövrək olmasından əziyyət çəkir. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev 2003-cü ildən başlayaraq verdiyi hər bir əməlinə sadiq qaldı. Dövlətimizi sadəcə siyasi, iqtisadi, hərbi amil baxımından deyil, həm də cəmiyyətimizi ideoloji baxımından fundamental dəyərlər üzərində kökləməyi bacardı. Bunun nəticəsi idi Qarabağı azad edən gənclərimiz o torpaqları ömürlərində bir dəfə olsun belə görməmişdilər. Lakin onlara aşılanan Vətən sevgisi öz sözünü dedi.Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev çıxışlarının birində bildirmişdi ki, müharibəni dayandırmaya bilərdik, Xankəndiyə qədər irəliləmək baxımından şanslarımız rahat idi. Buna baxmayaraq dövlət başçımızın “Nəyi, necə, nə vaxt etmək lazımdır” fikri bu günün rellığında bir daha təsdiqini tapır. Kəlbəcər, Ağdam, Laçının bir güllə atılmadan azad edilməsi müharibədən sonra Azərbaycan xalqının ürəyinə su səpdi. Bu gənclərimizin həyatlarının xilas olması demək idi. Azərbaycanın Müzəffər Ali Baş Komandanı əmrinə tabe olan hər bir əsgərini düşünərək diplomatik masada Zəfəri təmin etdi. Eləcə də Cənubi Qafqaza sülh gətirilməsi çoxəsrlik düşmənçiliyin başa çatdırılması deməkdir. Şübhəsiz ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş önəmlidir, bu Trampın sülhə dayanan siyasətinin növbəti bir qoludur. Azərbaycan xalqı isə əmindir ki, məhz Müzəffər Ali Baş Komandanımızın liderliyi altında Cənubi Qafqaza sülh gəlir. Bunu region qonşularımız, xalqlar da etiraf edirlər ki, zamanında cəhd edilən siyasi xətti, layihələri indi Azərbaycan Prezidenti icra edir. Deməli, siyasət impulsiv deyil, düşünülmüş, zamanı və məkanı düzgün hesablayaraq atılmış qərarların nəticəsidir. Məhz dövlət başçımızın ldierliyi regionu yeni müharibələrdən xilas etməklə kifayətlənmir, regionumuzu blokadadan çıxardır k, bu da region xalqlarının rifahının yaxşılaşdırılması deməkdir".

Politoloq,Vaşinqton səfərində 2003-cü ildən başlayaraq ölkədə həyata keçirilən struktur islahatları qədər kadr islahatlarının da öz bəhrəsini verdiyini deyir:"Belə ki, dövlət başçımızın ətrafında formalaşdırdığı beynəlxalq münasibətlər, təhlükəsizlik üzrə son dərəcə dəyərli və peşəkar kadrlar ordusu bu nəticəyə gəlinməsində gərgin əməyə sahibdir. Sülh neçə-neçə Azərbaycan gənclərinin həyatının xilas olması qədər həm də açılan yeni-yeni imkanlar deməkdir. Əvvəlki dönəmdə gənclərimizin tək amalı Qarabağı işğaldan azad etmək yolunda atılan addımlar idisə, indi həmin gənclərin amalı daha böyük məqsədlərə xidmət edəcək. Hər bir gəncimiz regionun dirçəldilməsində yaxından iştirak edə bilər. Bunun üçün keyfiyyətli təhsilə yiyələnmələri, öz üzərlərində çalışmaları yeganə şərtdir.Cənubi Qafqazda sülhün memarı Prezidentimiz İlham Əliyevdir. Adını dünya tarixinə yazan bu memar bir çox məkirli qüvvələrin kiçik və böyük oyunlarını yerlə-yeksan etdi. Cənab Prezident İlham Əliyevin liderliyinə alternativ olmadığı kimi regionumuzda da sülhə alternativ mövcud deyil".

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə