“Dövlət başçısının sərəncamında çox mühüm məsələlər yer alır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Dövlət başçısının bununla bağlı dövlət başçısı yeni sərəncamında çox mühüm məsələlər yer alır. Sərəncama əsasən, Naxçıvanda gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması üzrə əsas icraçıların siyahısına Dövlət Gömrük Komitəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və "Azərbaycan Dəmir Yolları" QSC, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması üzrə digər icraçıların siyahısına Dövlət Turizm Agentliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyi, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üzrə əsas icraçıların siyahısına muxtar respublikanın Nazirlər Kabineti ilə yanaşı AAYDA daxil edilib.
Göründüyü kimi, sərəncam Naxçıvanda sosial-iqtisadi məsələlərin daha sürətli, çevik, müvafiq qurumların iştirakı, müştərəkliyi ilə koordinasiya edilmiş şəkildə həyata keçirilməsinə hesablanıb. Bilirsiniz ki, son illərdə Naxçıvanda idarəçilik üsulu tamamilə yenilənib və bürökratik əngəllərin aradan qaldırılması üçün ciddi, radikal addımlar atılıb.
Muxtar Respublika strateji, geoiqtisadi baxımdan çox mühüm bir məkandır. Dünyaya açılan qapımızdır. Zəngəzur dəhlizi işə düşdükdən sonra burada loğistik, nəqliyyat, turizm məsələləri xüsusi önəm və mahiyyət daşıyacaq. Aydın olur ki, verilən sərəncam çox böyük məna kəsb edir, praqmatikdir və Naxçıvanın inkişafına, elədə də regional layihələrin effektivliyinin artırılmasına hesablanıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə