İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. SİA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.
Xəbər lenti
Futzal millimizin Avropadakı rəqibləri açıqlandı
İdman 22:31Özbəkistanda rus dili müəllimlərinə ehtiyac var…
Dünya 21:52Vacib qərarlar qəbul etmək üçün yeddi qayda...
Sosial 21:06Kreml Solovyovu sıfırlayır..?
Dünya 20:53Kreml özünüməhv etməyi seçir...
Dünya 20:05“Bu, bütün dünya üçün bir nümayişdir...”
Dünya 19:49Partlayış - uçqun olacaq...
Dünya 19:26İrəvanda atışma olub, xəsarət alan var
Dünya 19:16Dövlətçilikdən Zəfərə uzanan siyasi xətt
Siyasət 19:08Astana niyə giriş icazələri tətbiq edir?
Dünya 19:07National Review: Dünya dizel yanacağı ilə işləyir...
İqtisadiyyat 18:52"Fənərbaxça" Bakıya gəlib
İdman 18:36Kişinyov aeroportunda mina təhlükəsi..?
Dünya 18:12Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlanır
İqtisadiyyat 17:53CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır
Dünya 17:34YAP İdarə Heyətində dəyişiklik: 5 yeni üzv seçilib
Siyasət 17:24ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi
Dünya 17:17Göz quruluğunun səbəbləri nələrdir?
Səhiyyə 16:58YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
Siyasət 16:04“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
İqtisadiyyat 15:14Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 14:15Milli qürur mənbəyimiz - TƏHLİL
Siyasət 13:04Hər şey sürətləndi, insan niyə yoruldu? - KÖŞƏ
Sosial 12:39Pensiyaların indeksləşdirilməsində yeni mexanizm -EKSPERT AÇIQLADI
İqtisadiyyat 12:33“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir.
İqtisadiyyat 11:55FHN-dən əhaliyə XƏBƏRDARLIQ
Sosial 09:52Bakıda məktəbli itkin düşüb
Hadisə 04:06Rubio bu ay üç ölkəyə səfərə çıxır
Dünya 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



