Bu hüququmuzu güc yolu ilə qoruyacağıq - İran Prezidenti

"Tehran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu əsas və ayrılmaz hüquq hesab edir və bu hüququ müdafiə etmək üçün zərurət yaranarsa, güc tətbiq etməyə hazırdır". SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“İran xalqının nüvə enerjisindən və ona bağlı elmi-tədqiqat sahələrindən faydalanmaq hüququ vardır. Bu, ölkənin inkişafına və cəmiyyətin rifahına xidmət edən əsas hədəfdir. Bu hüquq bizim konstitusion və milli haqqımızdır və heç kim onu bizdən ala bilməz. İran bu haqqını qorumaq üçün bütün vasitələrdən, o cümlədən gücdən istifadə etməkdən çəkinməyəcək”, – o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə