İsrailin İrana hücumuna görə məsuliyyəti ABŞ-də daşıyır - İran Prezidenti
İsrailin İrana qarşı həyata keçirdiyi hücumların məsuliyyəti ABŞ-ninüzərinə düşür. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“ABŞ beynəlxalq hüququn bütün normalarını pozaraq İsrailə İrana qarşı hücumlar etməyə icazə verir”, – o qeyd edib.
Prezidentin sözlərinə görə, ABŞ-nin bu davranışı bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi ciddi təhdid altına alır.
Xatırladaq ki, son günlər İsrail və İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB