Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOLAR
Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.
Konfrans açılış mərasimindən sonra “Milli suverenlik, regional əməkdaşlıqvə qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzularında panel sessiyalarla davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə