Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (Dövlət Komitəsi) “AMİN könüllüləri” ilə görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Amil Cavadov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Rəhimov, Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov, Dini məsələlər üzrə şöbənin müdir müavini Samir Yoldaşov, Regionlarla iş şöbəsinin əməkdaşı Ramil Baxşəliyev könüllülərə Komitənin fəaliyyət istiqamətlərinə uyğun məlumat veriblər.
Könüllülərin fəaliyyətinin əhəmiyyəti vurğulanıb, onların cəmiyyətin inkişafında fəal iştirak etməsinin vacibliyi qeyd edilib. Könüllülərlə ölkədə dövlət-din münasibətləri, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, dini ədəbiyyatların ekspertizasının əhəmiyyəti, dini maarifləndirmə fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən gənclər nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsində yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Sonda Dövlət Komitəsinin könüllülərlə iş üzrə məsul əməkdaşı Nərminə Məmmədova “AMİN könüllüləri”ni yay ayları ərzində keçirilməsi nəzərdə tutulan praktiki layihələr barədə məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə