YAP Sabunçu rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov çıxış edərək ölkəmizin milli maraqlarının qorunmasında, eləcə də informasiya müharibəsindəki qələbədə gənclərin fəal rolunun olduğunu bildirərək onların bu istiqamətdə fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevon rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sosial şəbəkələrdə də düzgün və peşəkar şəkildə təqdim edilməlidir.
Görüşdə partiya fəalları ilə fikir mübadiləsi aparılıb. Gənclər sosial şəbəkələrdə milli maraqların qorunması və partiyanın ideoloji xəttinin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə