Nazirlər Kabineti 20 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Dövlət icbari şəxsi sığorta” altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə