Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkənin aidiyyəti qurumları arasında hüquq sahəsində mövcud əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.

Ədliyyə Nazirliyində baş tutan görüş zamanı hüquqi sahədə səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib.

Görüşdə Gürcüstan ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə