“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Qarabağ və Şərqi Zəngəzura köçənlərlə bağlı yeni statistika açıqlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı əsasında hazırkanmış statistika görə, 1 may 2025-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13745 nəfərdən ibarət 3464 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28249 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla 1 may 2025-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 43144 nəfər təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə