Ermənistanla bir neçə istiqamət üzrə təmaslar davam edir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Ermənistan Azərbaycan normallaşma prosesində bir neçə istiqamət var:
"Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik təmaslar var, amma ciddi adımıar yoxdur"
Ceyhun Bayramov deyib ki, AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlıRusiya ilə təmaslar davam edir:
"Onlar bildirilir ki, istintaq davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə