Bağdadda İraq və Azərbaycan XİN başçıları arasında geniştərkibli görüş olub - YENİLƏNİB - FOTOLAR
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib. SİA xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.
Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə