Azərbaycan və Belarus traktor tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalayıb

Bu gün Nazirlər Kabinetində Azərbaycan və Belarusun Baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında keçirilmiş geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb. SİA xəbər verir ki, sənədi Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar.

Bununla yanaşı, iki müəssisə arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi X.Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə