Belarusun Baş naziri Azərbaycana səfərə yollanıb

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb. Bu barədə SİA BELTA-ya istinadən xəbər verir.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün, həmçinin Baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqların keçirilməsinin planlaşdırıldığı gözlənilir.

Belarusun Baş naziri həmçinin Belarus-Azərbaycan biznes forumunda iştirak edəcək. Burada bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

O, həmçinin Bakıda bir sıra obyektləri, o cümlədən “Belaruski” ticarət şəbəkəsinin Belarus ərzaq malları mağazasını, “Vertus Engineering Co.” MMC-də birgə lift yığımı müəssisəsində və Fövqəladə Hallar Nazirliyinin bölməsində olacaq.

Bundan əlavə, Belarus Baş naziri Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı üzərinə, eləcə də 8 Noyabr Zəfər abidəsi önünə də əklillər düzəcək.

Baş nazir Ə.Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa olunan obyektlərə baxış, həmçinin Ağdam Sənaye Parkına səfər planlaşdırılır. Burada Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907C2-012 kommunal maşını hədiyyə ediləcək. Belarus və Azərbaycan hökumət başçıları həmçinin Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərciyin ərazisinə baxış keçirməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə