"İran Prezidentinin Azərbaycana ötən gün baş tutan səfəri göstərdi ki, iki ölkə bir-biri ilə dostluq, mehriban qonşuluq və sıx əlaqələr şəraitində yaşamaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman İrana dost əli uzadıb və həmişə İranla mehriban qonşuluq prinsiplərini üstün tutub: "Son dövrlərdə eyni əhval-ruhiyyəni biz İran ölkəsindən də görürük. İran Azərbaycanın yaxşı qonşuluq nümunəsini artıq qiymətləndirməyə başlayıb. İranın dövlət başçısının Azərbaycana ilk səfəri onu göstərdi ki, rəsmi dairələr Azərbaycanla daha sıx əlaqələr qurmaq istəyirlər. İranın Azərbaycanla strateji əlaqələr qurmaq bəyanatı Azərbaycan tərəfindən diqqətlə qarşılandı".
Millət vəkili qeyd edir ki, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, iki qonşu dövlət bundan sonra öz əlaqələrini, həmçinin maraqlarının üst-üstə düşməsi və birgə fəaliyyətləri hər hansı bir anlaşılmamazlıq şəraitində qurmaq istəmirlər. O əlaqələr bütün sahələri - iqtisadi, humanitar, mədəni, hətta siyasi sahəni də nəzərdə tutur. Ümid etmək istəyirik ki, bu səfərdən sonra bizim münasibətlərimiz artıq dünya üçün nümunəvi olan bir vəziyyətdə olacaq və belə də davam edəcək. Azərbaycan öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hər zaman hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə