Sülh və təhlükəsiz gələcəyi təmin etmək istiqamətində ATƏT rol oynaya bilər - FERİDUN SİNİROĞLU

"ATƏT konsepsiyasına uyğun olaraq addımlar atır". SİA xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT hərbi təşkilat deyil, bu, təhlükəsizliyin təminatını qarşılıqlı diplomatiya yolu ilə saxlamağa çalışır: “ATƏT-in təməli qoyulanda məqsədi silahlara nəzarət, silahsızlaşma və insan hüquqları, ətraf mühit idi. Təhlükəsizlik arxitekturası Avropa coğrafiyasından kənara çıxır. Avropanın mərkəzində biz gələcək təhdidlərin qarşısını necə ala bilərik? Sülh və təhlükəsiz gələcəyi təmin etmək istiqamətində ATƏT rol oynaya bilər”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə