"Ermənistan Minsk qrupunun ləğvi üçün müvafiq addımlar atmalıdır". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
“Bu nə qədər tez baş verərsə, ümumilikdə mühitə, postkonflikt normllaşmasına öz təsirini göstərəcək. Biz başa düşmürük ki, Ermənistan hələ də niyə bu strukturlarını saxlamaqda maraqlıdır”, - deyə nazir bildirib
Müəllif: Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə