ATƏT zonasında sülh və sabitliyə olan təhdidlər və digər məsələlər müzakirə olunub - CEYHUN BAYRAMOV
“Görüşdə Azərbaycanla ATƏT arasındakı mövcud vəziyyət və əməkdaşlıq istiqamətləri, regional çağırışlar, postmünaqişə normallaşmasına aid mövzular, Azərbaycanda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlar təqdim olundu. ATƏT zonasında sülh və sabitliyə olan təhdidlər, ayrı-seçkilik kimi bir sıra məsələlər müzakirə predmeti olub”. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
XİN başçısı qeyd edib ki, qərarların qəbul olunmasında konsensusa əsaslanan ATƏT kimi bir təşkilatın yeniliklərə uyğunlaşdırılması müzakirə mövzusu olub.
“Azərbaycan aqressiya, işğal, ərüzi bütövlüyünün pozulması kimi məsələlərlə üzləşmişdi. Ona görə də biz həmin istiqamətlərdə daha çevik addımlarım ATƏT üzv ölkələri tərəfindən atılmasını təşviq edirik”,-o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə