Azərbaycan XİN başçısı ATƏT-in Baş katibini qarşılayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb.

Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə müzakirələr aparıblar.

ATƏT məkanında dəyişən vəziyyətə toxunulub və dialoq ilə sabitliyin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə