"Dünyada heç bir dövlət, heç bir cəmiyyət belə terror hadisələrindən sığortalanmayıb" - ŞƏRH EDİLDİ

"O zamankı adı ilə Azərbaycan Dövlət Neft Akademiyasında 2009-cu ildə 30aprel tarixində törədilən dəhşətli terrordan sonra, 16 il keçib. 16 il ərzində bu hadisə Azərbaycan xalqının yaddaşlarında əbədi olaraq qalır. Belə hadisələr tariximizdə çox nadir hallarda baş verir. Azərbaycan da, belə hadisələrin törədilməsi əslində Azərbaycan dövlətinin təməlini, Azərbaycan dövlətinin nizamını pozmaq məqsədi daşıya bilər". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, hər bir halda ölkə daxilində mövcud proseslərə təsir göstərmək məqsədi ilə törədilə bilər. Amma nəzərə alaq ki, dünyada heç bir dövlət, heç bir toplum, heç bir cəmiyyət belə terror hadisələrindən sığortalanmayıb. Dünyanın istənilən dövlətində məsələn ABŞ-da, Avropa ölkələrində, dünyanın digər dövlətlərində belə hadisələrin şahidi oluruq: "Belə hadisələrin törədilməsi, dövlətdə bir sıra addımların atılmasına gətirib çıxarır ki, insanların kütləvi şəkildə toplandığı yerlərdə, birdə ali təhsil ocaqlarında belə hadisənin törədilməsindən sonra artıq təhlükəsizlik tədbirləri daha da, gücləndirilib. O vaxtdan bu günə qədər həmin təhlükəsizlik tədbirlərinin gücləndiriliməsinin səbəbi olub ki, bu gün elə hadisələrin törədilməsi mümkün deyil. Hər bir halda mən düşünürəm ki, bu xalqımızın, insanlarımızın yaddaşına qara hərflərlə yazılsa da, həm də ondan sonra ciddi tədbirlərin görülməsi, təhlükəsizliyin təmin edilməsi və belə hadisələrin baş verməməsi üçün müvafiq qurumların, onların səlahiyyətli şəxslərinin prosesin qarşısını almaq üçün, atdıqları addımlara səbəb olmuşdur. Hadisə nəticəsində 13 nəfər dünyasını dəyişmişdir. 13 nəfər isə xəsarət almışdır. Təbii ki, bu gün 16 il yad etdiyimiz bu terror hadisəsinə görə, müvafiq tədbirlər də, görüldü. Hüquq mühafizə orqanları dərhal hərəkətə keçdilər. Müvafiq addımlar atılıb. Amma istənilən hadisədən sonra görülən addımlar, el dilində desək daldan atılan daş topuğa dəyər ifadəsi kimi səsləndirilə bilər. Amma nəzərə alaq ki, cinayət qanunvericiliyinə görə, istənilən addıma, istənilən qanuna və hüquqa zidd, yəni cinayət əməlinə görə, cəzanın tətbiq edilməsinə əsas məqsəd gələcəkdə belə halların qarşısını almaq üçündür. Bu baxımdan mən düşünürəm ki, terror hadisəsindən sonra da, atılan addımlar belə halların qarşısını alınmasınada xidmət edib ki, bu gün biz onun nəticələrini bu və ya digər formada görürük. Bu baxımdan mən düşünürəm ki, təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə