"Avropa Birliyi Azərbaycanla münasibətlərin bərpasında maraqlıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Kaya Kallasın səfəri cənab Prezidentin Çinə səfərinin ardınca baş verir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bu həm də Azərbaycana İran prezidentin gözlənilən səfəri öncəsidir: "Onun ardınca da, İsrailin baş nazirinin Azərbaycana səfərə gələcəyi haqqında xəbərləri oxuyuruq.

Faktiki olaraq Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünyanın ən super gücləri o cümlədən də, təbii ki, Avropa Birliyi Azərbaycanla yaxınlaşmaqda, intensiv münasibətlərdə çox maraqlıdır.

Azərbaycan coğrafi cəhətdən balaca bir dövlət kimi görünə bilər. Müqayisədə iqtisadi imkanları Fransa, Almaniya, Yaponiya, Amerika Birləşmiş Ştatları ilə müqayisə edilə bilməz. Amma buna baxmayaraq Azərbaycanın önəmi çox yüksəkdir. Ona görə də, Avropa Birliyi və bənzər qurumlar dövlətlərarası təşkilatlar, eyni zamanda xarici ölkələr Azərbaycanla çox yaxın münasibətlərə maraqlıdırlar.

Bildiyimiz kimi, Avropa Birliyi ilə Azərbaycan arasında müəyyən narazılıqlar yaranmışdır. Onların aradan qaldırılması baxımından da Kaya Kallasın səfərini dəyərləndirə bilərik.

Avropa Birliyi Azərbaycanla münasibətlərin bərpasında, intensivləşdirilməsində, normallaşmasında maraqlıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə