Bakı Dəniz Limanının ötürücülüyü 25 milyon tona çatdırılacaq - Ceyhun Bayramov

"Bakı Dəniz Limanının ötürücülüyünün 15 milyon tondan 25 milyon tona çatdırılması üzrə işlər gedir". SİAxəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən il Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürücülüyü 1 milyon tondan 5 milyona çatdırılıb.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə