Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar" adlı panel iclası keçirilir

XII Qlobal Bakı Forumunun üçüncü günündə “Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclas işə başlayıb. SİA xəbər verir ki, Annenberq Siyasət Mərkəzinin eksperti Susan Nessin moderatorluğu ilə keçən paneldə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas, Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs, Yunanıstanın sabiq baş naziri (2009-2011) George Papandreu, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisinin informasiya texnologiyaları mütəxəssisi, Baş katibin köməkçisi Bernardo Mariano, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov mövzu ilə əlaqədar çıxış edəcək, müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə