“Ermənistan 30 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. Bu işğal dövründə Ermənistan bütün ərazini yerlə-yeksan etdi. Soydaşlarımız bu 30 ildə yataqxanalarda, çadır şəhərciklərində yaşayırdı. Bu illər ərzində nə qədər həsrət çəksələr belə, vətən, torpaq həsrəti xalqımızın qəlbində yaşayırdı. Bu illər ərzində dövlətimiz də torpaqların geri qaytarılması üçün əzmlə çalışırdı. Başda Prezident İlham Əliyev olmaqla, bütün xalqı səfərbər etdi. Bir bayraq altında birləşdirdi. Prezidentin xarici və daxili siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu qlobal güclərin, maraqların toqquşduğu bir zamanda İlham Əliyevin apardığı unikal siyasət idi ki, torpaqlarımız işğaldan azad edilən bir müddətdə qlobal güclər açıq şəkildə müdaxilə etmədilər. Yəni Prezidentin siyasəti nəticəsində həmən güclər neytral vəziyyətdə qaldırlar”. Bu sözləri siyasi şərhçi Azad Məsiyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, təbiidir ki, qələbənində əldə edilməsi bir çox faktorlarla bağlıdır: “ O cümlədən də hərbi quruculuq məsələsi və bu illər ərzində Prezidentin apardığı hərbi quruculuq sahəsində nailiyyətlər əldə olundu. Nəticə etibarı ilə torpaqlarımız azad olundu. Amma torpaqlarımızın azad olunmasından sonra dövlətimizin qarşısında daha ağır məsələlər dayandı. Çünki işğal olunmuş ərazilərdə yaşayış binaları, infrastrukturlar dağıdılmışdı. ərazilərimiz minalarla çirkləndirilmişdi. Təbii ki bu minaların təmizlənməsi, yeni quruculuq işlərinin aparılması dövlət üçün əsas məsələlərdəndir. Bu məsələləri aradan qaldırmaq üçün mütləq şəkildə yenə də səfərbər olunmalıdır. Səfərbərlik isə qısa bir müddətdə olunmur. Təbiidir ki, bu cür problemlərin aradan qaldırılması üçün mütləq şəkildə maliyyə mənbələrinə ehtiyac var. bu maliyyə mənbələrinin əldə edilməsi üçün dövlətin siyasəti vacib məsələdir”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, Dövlət Başçısının apardığı bu quruculuq siyasəti əsas amillərdən biridir: “Çünki əhalinin geri qayıtması və həmin yerlərdə əhalinin şəraitinin yaradılması vacib məsələdir. Bu baxımdan hesab edirəm ki, “Böyük Qayıdış” proqramı üçüb mütləq şəkildə həmin yerlərdə infrastrukturlar yaradılmlı, iş yerləri açılmalı, abadlıq işlərinin yaradılması dövlətin əsas strateji planlarından biridir. Bu da Dövlət Başçısının diqqət mərkəzində olan bir məsələdir. Bunun üçün Azərbaycan öz daxili imkanlarından maksimum istifadə edir. Eyni zamanda bu proseslərdə Azərbaycana yaxın olan, qardaş olan dövlətlərində dəstəyini görməkdəyik”.
Eyni zamanda məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu da fikirlərini bildirib. Onun sözlərinə görə, “Böyük Qayıdış” ilə bağlı Qarabağda həqiqətən nəhəng işlər görülür: “30 il ərzində torpaqlarımız işğal altında idi. Bütün şəhər və qəsəbələrimiz, kəndlərimiz dağılmışdı. İndi isə dağıdılan bütün şəhərlər bərpa edilir. Şuşa, Laçın, Füzuli, Ağdam yenidən qurulur. Ağdam da isə 100 mindən çox əhalisinin olması planlaşdırılır. Hal-hazırda orada məhəllələr salınır. Bu ildən isə artıq oaraya köç başlanılacaq. Bu ilin sonunda isə Qarabağın özündə 10 minlərlə insane məskunlaşacaq. Müharibədən cəmi 4 il yarım vaxt keçib, amma nəhəng işlər görülüb. Bu proses tədricən daha da davam edəcək. Çünki birinci mərhələ də biz torpaqlarımızı işğaldan azad etdik. İkinci mərhələdə isə quruculuq işləri aparmalı və insanları məskunlaşdırmalıyıq. Bu da asan bir iş deyil. Çünki ərazilərin bir qismi minalanıb. Minalardan təmizlənmə prosesləri sürətlənməlidir. Çünki işğaldan azad edildən sonra mina partlaması nəticəsində yüzlərlə vətəndaşımızı itirmişik. Ona görə də bu işlər mərhələ-mərhələ davam etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə