Xankəndi Məhkəməsinin sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib

Xankəndi Məhkəməsinin sədri Məhkəmə Hüquq Şurasının üzvü seçilib. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində yekdil səsi ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.

Qeyd edək ki, Şuranın 15 zvü var.

Bütün xəbərlər Facebook səhifəmizdə