Xankəndi Məhkəməsinin sədri Məhkəmə Hüquq Şurasının üzvü seçilib. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində yekdil səsi ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 zvü var.